Azərbaycanlını saxta qeydiyyata salan şəxs cərimələndi

  • By admin
  • 28 Noyabr 2019 14:18

Rusiya sakini qeydiyyatı olmayan azərbaycanlıları qanunsuz qeydiyyata aldığı üçün cərimə olunub. Voronej əyalətinin Liski Şəhər Məhkəməsi 31 yaşlı sakini 200 min rubl (5320 manat) cərimə edib.

Gununsesi.org  Oxu.Az-a istinadən xəbər verir ki, o, 16 nəfər qeydiyyatı olmayan əcnəbi vətəndaşı saxta qeydiyyata alıb.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumatda onun 2018-ci ilin iyunundan 2019-cu ilin aprelinə qədər Voznesenovka kəndindəki yaşayış olmayan evdə Azərbaycan, Özbəkistan və Tacikistandan olan 16 sakini saxta qeydiyyata aldığı bildirilib.

Gununsesi.org