Azərbaycanlının başçılıq etdiyi cinayətkar dəstə saxlanıldı - VİDEO

  • By admin
  • 05 Dekabr 2019 13:52

Rusiyada maşın oğurluğu, saxta sənəd hazırlama və narkotik daşınmasında ittiham olunan dəstə saxlanılıb.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki , səkkiz nəfərdən ibarət cinayətkar dəstənin lideri əvvəllər də məhkumluq həyatı yaşamış azərbaycanlıdır. Onların Şimali Qafqazda, Moskvada və Cənub Federal dairəsində bir sıra cinayətlər törətdikləri bildirilir.

Dəstə üzvləri cinayətləri üç qrupa bölərək icra ediblər. Birinci qrup bu vaxta qədər çox sayda avtomobil oğurlamaqla məşğul olub. Onlar saxta pasport təqdim edərək, cüzi miqdarda ilkin ödənişlə əldə etdikləri avtomobillərin pulunu ikinci qrupda saxta sənəd düzəldən əməkdaşlarına ötürüblər.

İkinci qrup isə saxta sənədlər, şəxsiyyət vəsiqələri istehsalı ilə məşğul olub, habelə Rusiya Federasiyasının ərazisində xarici vətəndaşların qanunsuz leqallaşdırılmasında birbaşa iştirak ediblər.

Cinayətdə ittiham olunan üçüncü qrup şəxslərin vəzifələri isə oğurlanmış əmlakın satılması, habelə yenidən qeydiyyata alınması olub.

Hazırda hamısı həbsdə olan səkkiz nəfərlik dəstə üzvləri saxta pasport, saxta şəxsiyyət vəsiqəsi, xarici ölkələrdən Rusiyaya gələn əcnəbilər üçün saxta yaşayış icazəsi və digər sənədlər hazırlayaraq, vətəndaşlara satıblar.

Onların Moskvada və Stavropolda yerləşən obyektlərində aparılan araşdırma zamanı narkotik vasitə, Rusiya Federasiyasının dövlət sərhədini keçməklə bağlı olan 30-dan çox saxta möhür, 500-ə yaxın xarici vətəndaşın qeydiyyat forması, miqrasiya kartları, xarici vətəndaşların möhürlü pasportları, Rusiya vətəndaşlığını almaq üçün 200-dən çox zəruri sənədlər, saxta sənəd hazırlamaq üçün istifadə edilən xüsusi avadanlıq, müxtəlif qurumların adından olan 700 möhür və imza tapılıb.

Faktla bağlı 12 maddə ilə cinayət işi açılıb.

Gununsesi.org