“Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi – YENİLƏNİB

  • By admin
  • 16 Noyabr 2019 16:42

“Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

Gununsesi.org xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O, bildirib: “Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan çox borcu var. Buna görə də qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, təchizatı bərpa etdik”.