“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

  • By admin
  • 02 Noyabr 2019 19:27
“Azərbaycanda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib”.
Gununsesi.org xəbər verir ki, bunu “Report”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
“Regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”, – deyə o, qeyd edib.
“Azərişıq” rəsmisi həmçinin abunəçilərdən xahiş edib ki, baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçnü qurumun 199 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar”.
Gununsesi.org