“Azəristiliktəchizat” öhdəliklərinə əməl etmir

  • By admin
  • 20 Noyabr 2019 10:42
Yeni Yasamal Dadaş Bünyatzadə 31 ünvanında yerləşən (Şəhidlər binası) yaşayış binasının yarısında istilik yoxdur.
Bu barədə  jurnalist Həsən Babayev məlumat verib. Onun sözlərinə görə sakinlər ərazi üzrə aidiyyatı şəxsə müraciət etsələr də maraqlanan yoxdur:
“Mən özüm şəxsən “Azəristiliktəchizat”ın müştəri xidmətlərinə xaricdə olduğumdan email vasitəsi ilə müraciət etmişəm. Baxmayaraq, internet saytlarında qeyd ediblər ki, gün ərzində cavab verilir, nə maraqlanan var, nə də cavab verən. Qurumun ictimaiyyətlər əlaqələr üzrə aidiyyatı şəxsi isə telefonu açmır. Bundan ötrü də vətəndaşlar dövlət başçısı cənab İlham Əliyevə üz tutmalıdırlar. O zaman qurum rəhbəri Yaşar Həsənovun işinin adı nədir? Niyə qış mövsümü başlamamışdan istilik veriləcək ərazilərin monitorinqi aparılmır? Və ya istilik veriləndən sonra əraziyə cavabdeh şəxslərə göstəriş verilmir ki, binalardakı vəziyyətlə maraqlansınlar? Yaşlı insanlar, körpələr, xəstə vətəndaşlar məmur məsuliyyətsizliyi ucbatından əziyyət çəkirlər. Ölkə rəhbəri bütün çıxışlarında məmurlara dəfələrlə xatırladır, göstəriş verir ki, xalqa xidmət etsinlər, onların problemləri ilə maraqlanıb tədbir görsünlər. Təəssüflər olsun ki, bəziləri buna məsuliyyətsiz yanaşır. Burdan Yasamal rayonun yeni icra başçısına və millət vəkilinə müraciət edirəm, Yeni Yasamal Dadaş Bünyadyazadə 31 ünvanındakı bina sakinlərinin yuxarıda qeyd etdiyim problemi ilə maraqlanıb problemin aradan qaldırılmasına yardımçı olsunlar”