Azərkeşlər üçün pulsuz avtobuslar ayrıldı

  • By admin
  • 17 İyul 2019 10:16

“Qarabağ” bu gün saat 21:00-da Çempionlar Liqasının I təsnifat mərhələsində “Dalğa Arena”da Albaniyanın Partizani klubuyla qarşılaşacaq.

Gununsesi.org xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən (klubun müraciəti əsasında) xüsusi avtobuslar ayrılıb.

 

 18:30-19:45 arası “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq.

Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu” metrostansiyasına geri qaytaracaq.

Gununsesi.org