“Azərsu” sədri Quba və Qusar sakinləri ilə görüşdü - Fotolar

  • By admin
  • 14 İyun 2019 19:04

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bu gün Quba şəhərində Quba və Qusar rayonlarından olan sakinləri qəbul edib.

Gununsesi.org xəbər verir ki, Qorxmaz Hüseynov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba Sukanal Sahəsinin inzibati binasında keçirilən qəbulda hər iki rayondan olan 40 vətəndaşın müraciət və şikayətlərinə baxıblar. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

 Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən sədr şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.