Azarkeşlərə tüpürdüyü üçün qovuldu

  • By admin
  • 12 Mart 2018 22:20


“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “Skay Sports” telekanalından qovulub.

Qol.az-ın yaydığı xəbərə görə, hadisəyə veteran futbolçunun etdiyi kobud hərəkət səbəb olub. Premyer Liqanın son turunda “Liverpul”un səfərdə “Mançester Yunayted”ə uduzmasını həzm edə bilməyən Karrager heyfini “qırmızı şeytanlar”ın fanatından çıxıb. O, öz avtomobillərində qələbəni bayram edən azarkeşlərə tüpürüb. Olayın üstü isə videokadrlara baxarkən açılıb. Nəticədə kanal rəhbərliyi orada şərhçi kimi çalışan Karrageri işdən azad edib.

Qeyd edək ki, “Mançester Yunayted” – “Liverpul” matçı qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Gununsesi.info