Azercell qalibləri təntənəli şəkildə medalla təltif etdi- FOTO

Azercell qalibləri təntənəli şəkildə medalla təltif etdi

Azercell-in İstedadların Rəqəmsal Sponsoru qismində çıxış etdiyi 4-11 avqust tarixlərində Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb.

Gununsesi.org xəbər verir ki, Olimpiadanın qalibləri 10 avqust tarixində Heydər Əliyev Mərkəzində keçirilən rəsmi Qapanış Mərasimində açıqlanıb.

Belə ki, 1-ci yerin sahibi ABŞ-nı təmsil edən Benjamin Qi, 2-ci yerin sahibi Rusiyanı təmsil edən İldar Gainullin, 3-cu yerin sahibi isə Kanadanı təmsil edən Zixiang Zhou adlı iştirakçı olub.

Rəsmi mərasimdə Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev, digər təşkilati qurum və sponsorların rəhbərləri iştirak edib, qalibləri təntənəli şəkildə medalla təltif ediblər.

Gununsesi.org

COMMENTS