Azercell ölkəmizin istedadlarına dəstək verir
Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər zaman yenilikçi ideyaları və təşəbbüsləri dəstəkləyən Azercell son günlər ərzində sosial şəbəkələrdə gündəmdə olan “İmzanı Tanıt” çağırışına dəstək oldu. Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən məşhur bloggerlər, aparıcılar və media nümayəndələri sosial şəbəkələrdə rezonans yaradaraq, istedadına və bacarığına güvənən yaradıcı şəxsləri öz əl işlərini #imzanitanit “hashtag”ı altında paylaşıb, imzalarını geniş kütləyə tanıtmağa təşviq etdilər. Çağırış çox qısa müddət ərzində hər kəsin rəğbətini qazanmağa müvəffəq oldu və yüzlərlə sənətkar bu fikir ətrafında cəmlənərək istedadlarını sosial şəbəkələrdə nümayiş etdirdilər.
Ölkəmizdə gənclərin peşəkar və fərdi inkişafına, mütaliə mədəniyyətinin təbliğ edilməsinə daim öz töhfəsini verən Azercell şirkəti Azərbaycanda istedadları kəşf etməyə fürsət yaradan “İmzanı Tanıt” sosial təşəbbüsünə də biganə qalmayıb. Sosial hərəkata dəstək olmaq məqsədilə ən maraqlı paylaşımlar şirkətin xüsusi münsiflər heyəti tərəfindən seçilib, Azercell-in sosial media səhifələrində bütün ölkəyə tanıdılacaq.
Odur ki, bizi @azercell və @imzanitanit Instagram, həmçinin müvafiq Facebook səhifələrindən izləyin və layihənin ən son yeniliklərindən xəbərdar olun!
Sən də bizə qoşul və imzanı milyonlara tanıt!