AzTV Rəşad İlyasova qadağa qoydu

AzTV Rəşad İlyasova qadağa qoydu

“Space” telekanalının “Hər səhər” proqramında Rüfət Axundov və Rəşad İlyasovla bağlı yaşanan hadisəyə Azərbaycan DövləT Televiziyası (AzTV) da biganə qalmadı.

Belə ki, Rəşad İlyasovun solisti olduğu AzTV müğənniyə efir qadağası qoyub.

Gununsesi.org xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında AzTV-nin nəzdində fəaliyyət göstərən Bədii Şuranın üzvü, bəstəkar  Faiq Sücəddinov deyib. O bildirib ki, bu hadisələrə göz yummaq yol verilməzdir:

“Televiziyaya milyonlarla insanlar baxır. Onların gözünün önündə belə şeylər etmək olmaz, ayıbdır. Biz də Bədii Şura olaraq belə qərara gəldik ki, solistimizə 6 aylıq efir qadağası qoyaq”.

Qeyd edək ki, “Space” kanalının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

COMMENTS