Azyaşlıya qarşı iyrənc hərəkət etməkdə suçlanan şəxs hakim önündə- ONU NEÇƏ İL HƏBS GÖZLƏYİR?

Azyaşlıya qarşı iyrənc hərəkət etməkdə suçlanan şəxs hakim önündə

Bakıda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Gununsesi.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü İman Zülfalıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlumata görə, Binəqədi rayonu ərazisində azyaşlı qıza təcavüz etməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, İman Zülfalıyev R.O-ya seksual xarakterli hərəkətlər edib. Azyaşlının valideynlərinin şikayətindən sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən İman Zülfalıyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

 

Gununsesi.org

COMMENTS