Bəzi dövlətlər öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında addımlar atır- SİYAVUŞ NOVRUZOV

Bəzi dövlətlər öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında  addımlar atır

Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir.

Gununsesi.org xəbər verir ki, bu sözləri  Milli Məclisin plenar iclasında İctimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, dini etiqad azadlığı  həm təbii, həm də konstitusiya ilə tənzimlənən yeganə hüquqdur:

 “İnsan hüquqları arasında birinci olaraq dini etiqad azadlığı dayanır. Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır.

Nəinki Azərbaycanda , eləcədə ölkə sərhədlərindən kənarda Qərbi-Şərqi Avropada məscidlər, sinaqoqlar, kilsələr, bərabər şəkildə təmir edilib istifadəyə verilir. Bu məsələ birbaşa ölkə başçımızın və Heydər Əliyev Fondunun diqqətində saxlanılır”.

S.Novruzov bildirib ki, biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün  din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq.

“Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir. Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının ermənilərin işğalı altında olması, 1 milyondan artıq məcburi köçkünün olması, bu yaxınlarda 27-ci il dönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var.

Bu istiqamətdə bir fakta toxunmaq istərdim. Din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyasətinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində Ermənistanın dini xadimlərinə müraciət olunsa da, bizə müsbət reaksiya verməkdən imtina ediblər”.

Dilqəm və Şahbaza qondarma məhkəmə qurulması məsələsinə toxunan S.Novruzov bu məsələdə də ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuna diqqət çəkib:

“Dilqəm və Şahbaza Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfindən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, bu cür halların qarşısı alınsın”.

COMMENTS