Bəzi küçə və prospektlərdə suyun verilməsində məhdudiyyətlər olacaq- “Azərsu” üzr istədi

Bəzi küçə və prospektlərdə suyun verilməsində məhdudiyyətlər olacaq

azersu

 

Bakının bəzi küçə və prospektlərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 4-də gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə – İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.info

 

COMMENTS