Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatdı

  • By admin
  • 11 Noyabr 2019 18:16

Noyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Gununsesi.org xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il noyabrın 7-də keçirilən iclasının protokolu təsdiq olunub.

 

Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib. Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 13-ə çatıb.

İclasda, həmçinin cari məsələlərə baxılıb.

 

Gununsesi.org