Bərdə də ağır yol qəzası 2 nəfər ölüb 6 nəfər yaralanıb (FOTOLAR)

  • By admin
  • 18 Avqust 2016 12:38

berde3

Bərdə rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə zamanı eyni anda 4 avtomobil bir birinə çırpılıb və nəticədə bir ailənin iki üzvü  ata və ana həyatların itirib iki az yaşlı isə ağır yaralanıb. Ümumilikdə hadisə vaxtı 6 nəfər xəsarət alıb. Dəhşətli yol nəqliyyat hadisəsi axşam saatlarında  baş verib.  Hadisəni törədən  avtomobil Tərtər rayoni istiqamətindən üzü bərdə şəhərinə doğru hərəkətdə olub. Zümürxan kəndi yaxınlığında “Mercedes” idarə etməni itirib daha sonra özündən başqa 3 avtomobilə çırpılıb. Sözü gedən   Mercedes markalı avtomobil ilk öncə “”VAZ -21 06” markalı avtomaşına  çırpıldığından minik maşınında olan bir ailənin iki az yaşlısı övladı olmaqla  4 üzvü  yolun kənarına səpələnib. Digər 3 avtomobildə olan sərnişinlərdə  yaralanıb.

Dərhal  Hadisə şahidləri  təcili tibbi yardım briqadasına məlumat verib. Əraziyə gələn tibb işçiləri yaralıları Bərdə Mərkəzi rayon xəstəxanasına çatdırıb. Məlum olub ki,Vaz 21 .06 –da olan sərnişinlərdən Kəlbəcər rayon sakinləri  Alim  İsayev  və onun həyat yoldaşı Vəfa İsyeva hadisə yerindəcə keçinib. Adı çəkilən şəxslərin  13 yaşlı övladı Nuranə İsayevə həmçinin Nəzrin İsayevada  ağır yaralanıb Və hazırda reanimasia şöbəsinə yerləştirilib.

Digər avtomaşında olan daha 4 nəfərdə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar Saleh Qasımov, Şahnaz Əlizadə Sevil Şərifova, eləcədə Müşviq  Cümşüdovdur.

Qeyd edəkki, hazırda  faktla bağlı Bərdə rayonunda  hüquq mühavizə orqanları tərəfindən  cinayyət işi açılıb istintaq gedir.

 

berrde1

 

berde2

 

berde

Gununsesi.info