Bərdə sakini 8745 manatı mənimsəmək üçün özünü bıçaqlayıb

  • By admin
  • 25 Oktyabr 2019 18:57

Bərdə rayon sakini polisə yalan məlumat verib.

Gununsesi.org-un məlumata görə, hadisə rayonun Alpout kəndində yerləşən “Mal bazarında” qeydə alınıb.

Rayon sakini Zabil Əzizli yaxınlarına zəng edərək tanımadığı şəxslər tərəfindən bıçaqlandığını və üzərində olan 8745 manat pulunun oğurlandığını deyib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Zabil Əzizlinin bütün yalanları ifşa edilib.

Məlum olub ki, Zabil Əzizli yaxın qohumu Tahir Qurbanova məxsuz 8745 manatı pulu mənimsəmək üçün sol bud nahiyəsinə bir neçə bıçaq xəsarəti yetirib və mənimsəmə faktını gizlətmək üçün həm polisə, həm də qohumlarına yalan danışıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Gununsesi.org