Bərdədə partlayıcı vasitə partladı, yaralılar var

  • By admin
  • 02 Noyabr 2019 21:18

Bərdə rayonunda “Amminal” partlayıcı vasitənin partlaması nəticəsində iki nəfər xəsarət alıb

Gununsesi.org-un məlumatına görə, hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində ” Amminal” partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb.

Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org