Bəşər Əsədin xanımı əməliyyat olundu - SÜD VƏZİNİN XƏRÇƏNGİNDƏN

  • By admin
  • 27 Yanvar 2019 23:56

Suriya prezidenti Bəşər Əsədin süd vəzi xərçəngindən əziyyət çəkən xanımı Əsma Əsəd əməliyyat olunub.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Əsədin mətbuat xidmətindən bildirilib.

 Qeyd olunur ki, həkimlər şişi əməliyyat yolu ilə müvəffəqiyyətlə götürüblər.

Xatırladaq ki, Ə. Əsədin xərçəngə tutulması barədə məlumat 2018-ci ilin avqustunda yayılıb.