Bəxtiyar Hacıyev 29 saylı seçki dairəsində nəticələrin ləğvinə təkid edir

  • By admin
  • 19 Fevral 2020 14:33

Ötən gün MSK deputatlığa namizəd, ictimai fəal Bəxtiyar Hacıyevin 29 saylı Səbayel seçki dairəsində pozuntulara dair şikayətinə baxıb. İlkin məlumatlara görə, bu dairədə bitərəf namizəd Nigar Arpadarai liderdir.

Gununsesi.org-un məlumatına görə, B.Hacıyev öz Facebook səhifəsində N.Arpadarainin xeyrinə səsvermədə qanun pozuntularını sübut edən çoxsaylı videolar yerləşdirib.

“Hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi Ramiz İbrahimov fevralın 17-də axşam məni dəvət etdi və dedi ki, protokollara Dairə Seçki Komissiyasında mənim iştirakım ilə baxılacaq. Lakin fevralın 18-də bildirdi ki, protokollar araşdırılıb və mənim iştirakıma ehtiyac olmayıb”, – B.Hacıyev Facebook-da yazıb.

Öz növbəsində MSK üzvü R.İbrahimov fevralın 18-də keçirilən iclasda bildirib ki, 25 seçki məntəqəsində protokollar üzrə araşdırma aparılıb.  Yalnız 9 məntəqədə sənədlər protokolların orijinalı olub. R.İbrahimov hesab edir ki, 1, 5, 9, 11, 17 və 25 saylı məntəqələrdə nəticələrin ləğvi üçün əsas var.

B.Hacıyev bununla razılaşmayıb və əlavə sübutlar təqdim edib.

18 fevralın iclasının nəticələri ilə bağlı MSK-nın rəsmi məlumatda bildirilir ki, 29 saylı Səbayel seçki dairəsində 1, 5, 9, 11, 17 və 25 saylı məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb.

Gununsesi.org