Bəxtiyar Hacıyev məşhur nehrəmli qardaşlardan yazdı - DƏLƏDUZLUQ ƏMƏLLƏRİ İLƏ...

  • By admin
  • 29 Noyabr 2018 11:44

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev Diaspora Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşları haqqında özünün sosial şəbəkədəki hesabında qeydlər paylaşıb.

Gununsesi.org-un xəbərinə görə, “Diaspora Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı məndən nə istəyir” başlıqlı qeydlərdə İbrahimovların qanunsuz əməllərindən bəhs olunur.

Həmin statusu olduğu kimi təqdim edirik:

Nazim İbrahimov vəzifədən çıxarılanda ağsaqqal, akademik Ramiz Mehdiyev nə demişdi? “N.İbrahimov dövlətin ayırdığı maliyyəni ünvanına çatdırmayıb”. Yəni, dövlətə atıb.

İbrahimovlardan digər qardaş Hacı İbrahim Nehrəmli “yüz milyardlıq Xəzər Adaları tikəcəm” adı ilə, Beynəlxalq Bankdan yüz milyonlarla kreditlər götürüb, atıb. Buna görə də dəfələrlə “bandotdel”ə aparılıb.

Digər qardaş Sahib İbrahimov tikinti adı ilə yüzlərlə vətəndaşa, o cümlədən keçmiş nazirə atıb, dələduzluqla həbs olunub.

Bu biri qardaş, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun mənzil dələduzluğu ilə nə qədər insanı aldadıb, pullarını mənimsəməsi ilə bağlı media gündə yazır.

İndi bu əlləri milyardlar, milyonlarla oynayan adamlar, ATV-dəki hansısa serialda çəkilmiş aktrisa sabiq ATV rəhbərindən xahiş edib ki, həyat yoldaşı, məndən 30 min manat alıb, 5 ildir qaytarmayan Nurettin Eresi müdafiə etsinlər. Onlar da Eres həbs olunanda öz adlarından müstəntiq, prokuror, hakimə təzyiqlər edirlər. “Bizim bu qədər mənzil var, birini verək, Bəxtiyar əl çəksin” deyirlər. Hakim də bu boyda dələduzluqlarını, mənzil adı ilə verdiklərinin bir əl boyda saxta sənəd olmasını bilə-bilə, işi uzada-uzada gedir ki, Tağı İbrahimov mənzil satacaq, Bəxtiyarın pulunu qaytaracaq.

Balam, adama deyərlər ki, milyardersinizsə, dələduz Nurettin Eresi qorumaq istəyirsinizsə, çıxarın, pulu qaytarın, bitsin. Yox, imkanınız yoxdursa, başınız girməyən yerə niyə girişirsiniz? Eyni mənzili yüz nəfərə satıb, aldadıb, indi də məni aldatmaq, 5 il də sizinlə mübarizə aparmağımı istəyirsiniz? Əl çəkin də, sizə verəcəyim yox, sizdən alacağım yox. Uzaq durun!

Gununsesi.org