“Bəzi deputatlar icbari tibbi sığortaya laqeyd yanaşır” – Deputat

  • By admin
  • 25 Noyabr 2019 17:39

“İcbari tibbi sığorta ilə bağlı məsələlərin icrasında müəyyən problemlər üzə çıxacaq”.

Gununsesi.org xəbər  verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bəzi millət vəkilləri bu qanun layihəsinə laqeyd yanaşırlar: “İki məsələyə toxunmaq istəyirəm. Biz 2020-ci ilin yanvarın 1-dən İcbari Tibbi Sığortaya keçidlə bağlı məlumat vermişik. İndi isə deyirik ki, 2020-ci ilin yanvarın 1-dən mərhələli şəkildə həyata keçiriləcək. Bu haqda əvvəldən düzgün təbliğat aparmaq lazım idi. Biz dövlət büdcəsindən icbari tibbi sığorta üçün kifayət qədər yüksək vəsait ayırırıq. Təklif edirəm ki, bu sığortaya ayrılan maliyyə Əlavə Dəyər Vergisindan azad edilsin. Ümumiyyətlə, icbari tibbi sığorta ƏDV-dən azad edilməlidir”.

Gununsesi.org