Bəzi küçə və prospektlərdə suyun verilməsində məhdudiyyətlər olacaq - “Azərsu” üzr istədi

  • By admin
  • 04 Avqust 2016 11:14

azersu

 

Bakının bəzi küçə və prospektlərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 4-də gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə – İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.info