“Bağdadinin öldürülməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir” - ƏRDOĞAN

  • By admin
  • 28 Oktyabr 2019 09:40
Terrorçu liderin öldürülməsi terrorizmlə ortaq mübarizəmizdə dönüş nöqtəsidir.
Gununsesi.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi ilə bağlı yazdığı tvitdə deyir.
O, bildirib ki, “İŞİD, PKK/YPG tərəfindən ən çox zərər görən Türkiyə bu hadisəni məmnuniyyətlə qarşılayır. İttifaq ruhu içərisində terrorizmə qarşı dönməz mübarizənin bütün insanlara sülh gətirəcəyinə əminəm”.
Qeyd edək ki, bu gün ABŞ hərbçiləri Əbubəkr əl-Bağdadinin ödürməsi haqqında məlumat yayıb.
Gununsesi.org