Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv edilir

  • By admin
  • 10 İyul 2019 12:27

 

İyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv ediləcək.

Bu barədə Gununsesi.org-a Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

QSC-dən verilən məlumata görə, iyulun 16-dan sərnişinlər bu istiqamətdə Bakı-Böyük Kəsik qatarından istifadə edəcəklər.

Məlumata görə, bu ləğvetmə bir tərəfdən Bakı-Ağstafa-Qazax istiqamətində hərəkət edən qatardakı vaqonların istismar müddətini başa vuraraq təmir olunmasına zərurət yaranması, digər tərəfdən isə qatarların hərəkətinin optimallaşdırılması ilə bağlıdır.

Mənbə onu da əlavə edib ki, Bakı-Böyük Kəsik istiqaməti üzrə qatar saat 23:00-da yola düşəcək