Bakı-Horadiz qatarında problem yarandı

Bakı-Horadiz qatarında problem yarandı

Bu gün saat 03:40 radələrində Bakı- Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.

Azərbaycan Dəmir Yollarından Gununsesi.org-a daxil olan məlumata görə, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb. Nasazlığın səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.

Gununsesi.org

COMMENTS