Bakı küçəsində naməlum kişi meyiti tapılıb

  • By admin
  • 15 Aprel 2018 23:15

Bakının Səbail rayonu ərazisində yerləşən parkların birində naməlum kişi meyiti tapılıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, təxminən 55-60 yaşlı kişinin dəqiq hansı səbəbdən öldüyü məlum deyil.

Hadisənin baş verdiyi ünvana Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları cəlb olunub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, həmçinin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Araşdırma aparılır.

Gununsesi.info