Bakı Meriyası “Qarabağ mitinqi”nə icazə vermədi

Bakı Meriyası “Qarabağ mitinqi”nə icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Gununsesi.org-un məlumatına görə, bununla bağlı Komitəsinin üzvü Taleh Əliyev BŞİH-nə dəvət olunub və ona rəsmi cavab təqdim olunub.

Cavabda Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilmədiyi bildirilib.

Qeyd olunub ki, BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib və bununla bağlı təşkilatçılara məlumat verilib.

COMMENTS