Bakı metrosunda intihar - GƏNC OĞLAN ÖZÜNÜ QATARIN ALTINA ATDI

  • By admin
  • 08 Yanvar 2018 23:12


Metronun Həzi Aslanov – İçərişəhər xəttində qatar tuneldə qalıb.

Gununsesi.info-nun məlumatına görə, “Koroğlu” stansiyasından “Ulduz” stansiyasına gedən qatar stansiyaya daxil olarkən dayanıb.

Qatarın yarısı platformada, yarısı isə tuneldə qaldığı üçün qapılar açılmayıb və sərnişinlər də içəridə qalıb.

Bu qatar dayandığı üçün arxadan gələn digər qatarlar da hərəkəti dayandırıb. Bəziləri tuneldə qalıb.

Nasazlığın səbəbi bilinmir.

***

Bakı metrosunda yaranmış problemin səbəbi məlum olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, saat 22:10 radələrində “Həzi Aslanov” metrostansiyasından “İçərişəhər”ə 15 saylı marşrut üzrə hərəkət edən qatar “Ulduz” stansiyasına daxil olarkən 20-25 yaşlarında olan gənc oğlan özünü qatarın altına atıb.

Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb.

Naməlum şəxsin meyiti qatarın altından çıxarılaraq hüquq-mühafizıə orqanlarına təhvil verilib.

Qatarların hərəkətində 20 dəqiqə fasilə yaranıb.

Hazırda qatarların hərəkəti bərpa olub.

Gununsesi.info