Bakı metrosunda təhlükəli anlar yaşanıb

  • By admin
  • 14 İyun 2019 21:47

Bakı metrosunda təhlükəli anlar yaşanıb. Bu gün axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə axşam saatlarında metronun “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlardan birində qeydə alınıb:

“Belə ki, “28 May” stansiyasından “Gənclik” stansiyasına doğru hərəkət edən qatarlardan birinin qapısında problem yaşanıb. Qatar bir stansiyada texniki nasazlıq səbəbindən qapısı açıq şəkildə hərəkət edib. Gənclik stansiyasında bu problem aradan qaldırılıb və qatar hərəkətinə davam edib. Lakin yayılan videogörüntülərlə bağlı araşdırma aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.