Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinə iki müavin təyin edilib

  • By admin
  • 13 İyun 2018 19:12


Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinə müavinlər təyin edilib.

Gununsesi.info-nun məlumatına görə, bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən Fərid Nuriyev və Elçin Mustafayev Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.

 

Gununsesi.info