Bakı Polisindən Əli Kərimlinin xəsarəti barədə açıqlama

  • By admin
  • 20 Oktyabr 2019 09:39

 

AXCP sədri Əli Kərimlinin döyülməsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən açıqlama verilib.

İdarədən Report-a daxil olan məlumatda deyilir ki, metronun «28 May» stansiyasının önündə keçirilən mitinqə cəhdin qarşısı alınarkən polis tərəfindən saxlanılmış həmin qanunsuz aksiyanın iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub: “O, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərib və nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb. Əli Kərimli Daxili İşlər Nazirliyinin Hospitalına aparılıb, orada ona tibbi yardım göstərilib və izahatı alındıqdan sonra buraxılıb”.

Gununsesi.org