Rasim Musabəyovun rəqibi Ceyhun Yusifov kimdir? - Bioqrafiya

  • By admin
  • 24 Yanvar 2020 17:00

18 saylı Nərimanov-Nizami rayon Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış gənc vəkil Ceyhun Yusifov seçki təbliğat-təşviqat kampaniyası davam edir. Seçicilərinin marağını nəzərə alaraq, C.Yusifovun bioqrafiyasını təqdim edirik.

Gununsesi.org-un  verdiyi xəbərə görə, C.Yusifov 25.04.1980-ci ildə Qərbi Azərbyacandanda ziyalı ailəsində dünyaya göz açmışdr. 1988-ci ildə Qərbi Azərbyacandan deportasiya olunmuşdur.

2002-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirimişdir. Əmlak fəaliyyətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mütəxəssis olaraq başlamışdır. Sonrakı illərdə Nəqliyyat Nazirliyində və Səhiyyə Nazirliyidə hüquqşunas olaraq əmək fəaliyyətini devam etdirmişdir.Həmçinin Dövlət Gömrük Komitəsinin İstintaq Şöbəsinin rəisi olmuşdur.

2009-cu ildən etibarən Azərbaycan Vəkillər Kollegiyasının üzvü olaraq, 5 saylı Vəkil Bürosunda Vəkil olaraq fəaliyyət göstərməkdədir. Vəkillilik fəliyyəti dövründə çoxsaylı hüquqşunasların yetişdirilməsində əvəzsiz rolu olmuşdur. Ölkədə ən çox bəraət almış vəkillərdən biridir. Fəaliyyəti dövründə bir çox tanınmış şəxslərə hüquqi yardım göstərmiş, o cümlədən ictimai rezonans yaratmış işlərdə vəkil kimi çıxış etmişdir.

Eyni zamanda vəkillik fəaliyyəti dövründə Vəkillər Kollegiyası tərəfindən fəxri fərman və yüzillik medalla təltif olunmuşdur. Hal-hazırda vəkillik fəaliyyəti ilə yanaşı Ədliyyə Akademiyasında yeni vəkil namizədlər üçün icbari təlimi tədris etməkdədir. Ailəlidir 2 övladı var.

Gununsesi.org