Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı açıqlandı

  • By admin
  • 22 May 2019 14:33

Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı – Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.

Gununsesi.org xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.

“Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik”, – C.Qurbanov deyib.