Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

  • By admin
  • 19 Oktyabr 2018 17:23

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir

Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar 19 oktyabr saat 00-00-dan etibarən 31 noyabr 2018-ci il (daxil olmaqla) saat 00-00-dək “Texniki fasilə” verilir.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən Gununsesi.org-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar olaraq 22 oktyabrdan etibarən 31 oktyabradək (daxil olmaqla) həftənin I-V günləri Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

20, 21, 27, 28/10-2018-ci il tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə ətraflı məlumatı daim yenilənən www.ady.az saytından əldə edə bilərsiniz.