Bakı-Sumqayıt yolu BAĞLANDI

  • By admin
  • 10 Dekabr 2019 10:11

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Gununsesi.org-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

 

“Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik”.