Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb

  • By admin
  • 11 Oktyabr 2019 12:22

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Əfqanıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Əfqanıstan məhsullarının sərgisi təşkil olunub.

Gununsesi.org xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sərgidə qida, tekstil, tikinti materialları istehsalı, inşaat və və s. sahələrdə fəaliyyət göstərən 40-dan çox Əfqanıstan şirkəti öz məhsullarını təqdim edilir.

Sərgi oktyabrın 11-14-də keçiriləcək.

 

 

 

Gununsesi.org