Bakıda 26 yaşlı gənci vurub qaçan sürücü saxlanıldı

  • By admin
  • 29 Oktyabr 2019 22:30

Bakıda gənc oğlanı vurub qaçan sürücü saxlanılıb.

Gununsesi.org-un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əşrəfzadə Elnur Rafiq oğlu paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi 1 saylı ünvanın qarşısında naməlum avtomobillə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əlpənahov Emin Allahverdi oğlu olduğu müəyyən edilib. Məlum olub ki, o hadisəni 99 MS 251 dövlət nömrə nişanlı “Runna” markalı avtomobillə törədib.

Sürücü avtomobillə birlikdə saxlanılıb.

 

Gununsesi.org