Bakıda 3 otaqlı mənzildə yanğın baş verib

  • By admin
  • 09 Dekabr 2017 23:12


Bakıda yanğın hadisəsi qeydə alınıb. Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 80 m2 olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin bir otağında çarpayı, 4 m2 sahədə döşəmə və məişət tullantıları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info