Bakıda 41 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb

  • By admin
  • 01 Dekabr 2019 10:12

Bakıda döyülmə hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

“İnşaatçılar” metrostansiyasının yaxınlığında, Abbas Mirzə Şərifzadə küçəsində 1978-ci il təvəllüdlü Əliyev Ramil Valeriya oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. O, təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı R.Əliyevə dös qəfəsinin və qarnın küt travmasi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org