Bakıda 46 yaşlı kişi bıçaqlanıb

  • By admin
  • 28 Oktyabr 2019 18:14

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org