Bakıda aptekdə əməliyyat: İşçilər narkotik vasitələr satarkən tutuldu

  • By admin
  • 22 Yanvar 2020 12:44

Bakıda aptek işçiləri narkotik vasitələri satarkən saxlanılıblar.

Gununsesi.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova doqquz ədəd “Tramadol” və beş ədəd “Prebagalin” həblərini satarkən tutulublar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərərk götürülüb.

Gununsesi.org