Bakıda avtomobil 2 piyadanı vurub, 1 nəfər ölüb

  • By admin
  • 05 Dekabr 2019 16:12

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Belə ki, dekabrın 5-də saat 1 radələrində paytaxtın Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini E.Cəbiyevin idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 2 nəfər vurub və onlar xəsarətlə xəstəxanaya yerləşdirilib. Piyadalardan Əlyar Süleymanov orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.org