Bakıda avtomobil piyadanı vuraraq öldürüb

  • By admin
  • 27 Noyabr 2019 09:12

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, qəza Buzovna qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən orta yaşlı Nizam adlı şəxsi vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.org