Bakıda avtomobil qadını vuraraq öldürüb

  • By admin
  • 26 Oktyabr 2019 13:55

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 25-də Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Y.Mədətov idarə etdiyi “Lada-Granta” markalı avtomobillə yolu keçən paytaxt sakini Minəvvər Səfərovanı vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.org