Bakıda axıl almaz ölüm hadisəsi- O, DİŞİNİ ÇƏKDİRƏRKƏN DÜNYASINI DƏYİŞDİ

Bakıda axıl almaz ölüm hadisəsi

Neftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini  Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən  dünyasını dəyişib.

Gununsesi.org xəbər verir ki, 1978-ci ildə anadan olmuş Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək dünyasını dəyişib.

A.Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti  iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir.

Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.

 

Gununsesi.org

COMMENTS