Bakıda bədii gimnastika üzrə DÇ-nin bağlanışı oldu - VİDEO

  • By admin
  • 22 Sentyabr 2019 19:57

 

Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.

Gununsesi.org xəbər verir ki, mərasimdə Azərbaycan, Ukrayna və Bolqarıstanın qrup hərəkətləri komandaları, həmçinin gimnastımız Veronika Qudis kompozisiyalarını təqdim ediblər.

Sonda isə dünya çempionatının ulduz səfiri, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa edib.

“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan gimnastı Z.Ağamirova və qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında “Tokio 2020” vəsiqə qazanıblar.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: “Nağıllar həyatda gerçəkləşəcək” olub (“Fairy Tales will come to life”).

 

 

Gununsesi.org