Bakıda bina yandı - SAKİNLƏR TƏXLİYYƏ EDİLİB

  • By admin
  • 18 Noyabr 2017 19:42

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Binanın 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info