Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib - FOTO

  • By admin
  • 20 May 2019 10:23

Türkiyədə məşhur iş adamının evinə basqın edilib.

Gununsesi.org yerli mətbuata istinadən xəbər verir ki, “Sarar” Şirkətlər Qrupunun presidenti Cəmaləddin Sararın Eskişehir vilayətindəki evinə basqın edən 3 maskalı şəxs iş adamının və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayıb. Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürərək, qaçıblar. Evdən oğurlanan pulun məbləği və qızıl-zinət əşyalarının dəyəri müəyyənləşdirilir.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.

Qeyd edək ki, “Sarar”ın Bakıda da mağazası var.

Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib