Bakıda dəhşət: 6 tələbə qız dəm qazından zəhərləndi

  • By admin
  • 26 Noyabr 2019 09:07

Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. Gununsesi.org APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər Xəzər Universitetinin tələbələridir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər:

“Çağırış saat 4:47 də olub. Qızların dediyinə görə hadisə kirayələdikləri mənzildə baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Onlara lazımı tibbi yardım göstərilib. Hal hazırda müalicələri davam edir”.

Gununsesi.org